Avropa çempionatında Azərbaycanı bərdəli qadın güləşçi təmsil edəcək
29.05.2008 - 10:50
Bakı. Elşən Məmmədov-APA-Sport. Latviyanın Dauqavpils şəhərində keçiriləcək yeniyetmələr arasında Avropa çempionatında Azərbaycan qadın güləşində cəmi bir idmançı ilə təmsil olunacaq. Bu haqda «APA-Sport» agentliyinə yığma komandamızın baş məşqçisi Nazim Əlicanov məlumat verib. Onun sözlərinə görə, həmin güləşçi Laura Məmmədova olacaq. Bərdə rayonunda doğulan L.Məmmədova 49 kq çəki dərəcəsində qüvvəsini sınayacaq. O, mübarizəyə iyunun 26-da qoşulacaq.
Qeyd edək ki, sərbəst, yunan-Roma və qadın güləşi üzrə qitə birinciliyi 24 – 29 iyun aralığında keçiriləcək.
Qeyd edək ki, sərbəst, yunan-Roma və qadın güləşi üzrə qitə birinciliyi 24 – 29 iyun aralığında keçiriləcək.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0