Sabah karate üzrə Azərbaycan çempionatı start götürəcək
29.05.2008 - 11:41
Bakı. Elşən Məmmədov-APA-Sport. Sabah Maştağa Olimpiya Kompleksində karate üzrə yeniyetmələr arasında Azərbaycan çempionatının startı veriləcək. Karate Federasiyasından «APA-Sport» agentliyinə verilən məlumatına görə, turnirdə mübarizə 5 yaş kateqoriyası üzrə aparılacaq. Belə ki, 10, 11, 12 və 13 yaşlı idmançılar yalnız öz həmyaşıdları ilə vuruşacaqlar. 14-15 yaşlılar isə çəki dərəcələrinə bölünərək, qüvvələrini sınayacaqlar. Yarış iki gün davam edəcək.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0