“Araz” klubu ardıcıl dördüncü dəfə Azərbaycan kubokunun qalibi olub
29.05.2008 - 15:59
Bakı. Aqşin Əliyev - APA-Sport. Bu gün futzal üzrə XIV Azərbaycan kuboku uğrunda yarışın qalibi müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, final matçında “Araz” (Naxçıvan) və “Sumqayıt” (Sumqayıt) klubları qarşılaşıblar. Bakı İdman Sarayında keçirilən görüş “Araz”ın qələbəsi ilə nəticələnib – 2:0. Milli komandanın da formasını geyinən Rüfət Balakişiyev hər hissədə bir qol vuraraq, Naxçıvan təmsilçisinə qələbə qazandırıb. Bununla da, Məmmədqulu Zeynalovun rəhbərlik etdiyi ardıcıl dördündü dəfə ölkə kubokuna sahib çıxıb. “Araz”, həmçinin 2005-ci ildən indiyədək milli çempionatın da qızıl medallarını qazanır.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0