Azərbaycanın akademik qayıqlarda avarçəkmə üzrə yığma komandası Olimpiya lisenziyalı turnir öncəsi təlim-məşq toplantısı keçirəcək
30.05.2008 - 11:02
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın akademik qayıqlarda avarçəkmə üzrə yığma komandası iyunun 15-də Polşanın Poznan şəhərində start götürəcək 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirə Mingəçevirdəki “Kür” Təlim-Tədris Mərkəzində hazırlaşacaq. “APA-Sport” agentliyinin məlumatına görə, millimiz iyunun 1-də başlanacaq təlim-məşq toplantısına baş məşqçi Samir Məmmədov və məşqçi Aleksandr Barabanovun rəhbərliyi altında yollanacaq. Heyətə 12 idmançı – Toğrul Qurbanzadə, Cavid Əfəndiyev, Fikrət Məmmədov, Kamal Məmmədov, Dostməmməd Dostməmmədov, Timur Kutseba, Aleksandr Qlotov, Kamran Yusubov, Fərman Əliyev, Aleksandr Jdanov, Əbdülrəşid Mustafin və Xəyal Zülfüqarov daxil edilib. Yığmamızın hazırlıq prosesi iyunun 10-dək davam edəcək.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
0
0