Azərbaycanın ən güclü cüdoçularına 10 min manat mükafat verilib - FOTOSESSİYA
30.05.2008 - 12:41
Azərbaycanın ən güclü cüdoçularına 10 min manat mükafat verilib - FOTOSESSİYA
“APA-Sport” agentliyinin məlumatına görə, tədbirdə ACF-nin prezidenti Füzuli Ələkbərov çıxış edərək, ölkəmizdə cüdonun inkişafından danışıb. Bildirilib ki, ötən il cüdoçularımız rəsmi yarışlarda 24 qızıl, 14 gümüş və 26 bürünc medal qazanıblar. Həmçinin yığmanın 6 üzvü Pekin Olimpiadasında iştirak hüququna yiyələnib. F.Ələkbərov cüdoçuların qarşıdakı mötəbər yarışda ümidləri doğruldaraq, medal qazanacaqlarına inamını ifadə edib: “Olimpiadaya yollanacaq cüdoçularımız istedadlı və bacarıqlıdırlar. Bu baxımdan onların hər birinin vətənə medalla dönəcəklərinə ümidvaram”. Daha sonra F.Ələkbərov növbəti Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Ramil Qasımov, Elnur Məmmədli, Mehman Əzizov, Elxan Məmmədov, Mövlud Mirəliyev və Kifayət Qasımovanı 10 min manat məbləğində mükafatlandırıb. ACF başçısı mükafatlandırma zamanı olimpiadadan kənarda qalan Elxan Rəcəblini də unutmayıb. Bundan başqa, 2007-ci ildə fərqlənən cüdoçular və onların məşqçiləri, federasiya rəsmiləri mükafatlandırılıblar. Sonda çıxış edən cüdoçular və məşqçilər ACF rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.



































0