Azərbaycanı Avropa çempionatında təmsil edəcək gimnastların adları açıqlanıb
30.05.2008 - 14:27
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın bədii gimnastika üzrə milli komandasının iyunun 5-dən 7-dək İtaliyanın Turin şəhərində keçiriləcək Avropa çempionatına qatılacaq heyəti müəyyənləşib. Bu haqda “APA-Sport” agentliyinə Gimnastika Federasiyasının mətbuat katibi Şahin Kazımzadə məlumat verib. Onun sözlərinə görə, ölkəmizi qadınların fərdi birinciliyində, Pekin Olimpiadasına lisenziya qazanan Aliyə Qarayeva və Dinarə Gimatova təmsil edəcək. Anna Qurbanova Turinə ehtiyat gimnast qismində aparılacaq. Qrup hərəkətləri üzrə milli komandamız da bu nüfuzlu yarışın mükafatları uğrunda mübarizə aparacaq. Yeniyetmələr arasında isə Samirə Mustafayeva ilə Nigar Əbdüsəlimovanın iştirakı planlaşdırılıb.
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
- Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
- Azərbaycanın trek velosipedi millisi beynəlxalq yarışlarda mübarizə aparacaq
0
0