Teymur Rəcəbov “Oskar” mükafatı sorğusunda 10-cu yeri tutub
30.05.2008 - 15:09
Teymur Rəcəbov “Oskar” mükafatı sorğusunda 10-cu yeri tutub
Bakı. Kənan Həsənov - APA-Sport. Rusiyanın “64” jurnalı 2007-ci ilin ən yaxşı qrossmeysterini müəyyənləşdirmək məqsədilə keçirdiyi sorğunun yekun nəticəsini açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, müxtəlif ölkələrin şahmatçılarının, jurnalistlərinin və mütəxəssislərinin qatıldığı səsvermədə qalib adını dünya çempionu Vişvanatan Anand qazanıb. 2419 xalla birinci yeri tutan hindistanlı qrossmeysterə jurnalın təsis etdiyi “Oskar” mükafatı təqdim olunacaq. Sonrakı iki pillədə müvafiq olaraq, Vladimir Kramnik (Rusiya, 1848 xal) və Qata Kamski (ABŞ, 1210 xal) qərarlaşıb. Azərbaycan milli komandasının lideri Teymur Rəcəbov 330 xalla 10-cu olub. Digər təmsilçimiz Şəhriyar Məmmədyarov 20 şahmatçının sıralamasında 13-cü yeri tutub.
Qeyd edək ki, şahmat “Oskarı” 1995-ci ildə təsis edilib. İndiyədək bu mükafata Harri Kasparov (Rusiya, 5 dəfə), V.Anand (4 dəfə), Vladimir Kramnik (Rusiya, 2 dəfə) və Veselin Topalov (Bolqarıstan, 1 dəfə) layiq görülüb.
0