Azərbaycan güləşçisi Pekin Olimpiadasına lisenziya xarakterli turnirə qələbə ilə başlayıb
01.06.2008 - 13:05
Haparanda. Elşən Məmmədov - APA-Sport. İsveçin Haparanda şəhərində keçirilən 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli II təsnifat turnirində Azərbaycanın qadın güləşçisi Zümrüd Qurbanhacıyeva bu gün döşək üzərinə çıxıb.
«APA-Sport» agentliyinin məlumatına görə, 72 kq çəkidə çıxış edən pəhləvanımız mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Onun ilk rəqibi Narançimeq Jeleqyamts (Monqolustan) olub. Həmyerlimiz gərgin mübarizə şəraitində keçən görüşü qələbə ilə başa vurub. Z.Qurbanhacıyeva növbəti cəhddə Yarasmit Veffer Quanipa (Venesuela) ilə qarşılaşacaq.
Qeyd edək ki, turnirdə hər çəkidə ilk üçlüyə düşən idmançı Yay Olimpiya Oyunlarına vəsiqə qazanır.

0
0