Azərbaycan cüdo yığması Fransaya gedib
02.06.2008 - 13:09
Bakı. Aqşin Əliyev - APA-Sport. Kişi cüdoçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı keçmək üçün bu gün Fransaya yollanıb. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən “APA-Sport” agentliyinə verilən məlumata görə, səfərə 6 idmançı aparılıb. Belə ki, Pekin Yay Olimpiya Oyunlarına hazırlıq prosesində Ramil Qasımov (66 kq), Elnur Məmmədli (73 kq), Mehman Əzizov, Zaur Paşayev (hər ikisi 81 kq), Elxan Məmmədov (90 kq) və Mövlud Mirəliyev (100 kq) iştirak edəcək. Fransaya, həmçinin baş məşqçi Ağayar Axundzadə, məşqçi Hacıağa Hacıəhmədov və həkim Kamil İsgəndərov də yollanıb. Təlim-məşq toplanışı iyunun 14-də yekunlaşdırılacaq. Yığmamız vətənə qayıtdıqdan bir neçə gün sonra Rusiyanın Kislovodsk şəhərinə gedəcək.
Qeyd edək ki, Pekin Olimpiadasında kişi cüdoçularımızdan R.Qasımov, E.Məmmədli, M.Əzizov, E.Məmmədov və M.Mirəliyev mübarizə aparacaqlar.
Qeyd edək ki, Pekin Olimpiadasında kişi cüdoçularımızdan R.Qasımov, E.Məmmədli, M.Əzizov, E.Məmmədov və M.Mirəliyev mübarizə aparacaqlar.
0
0