Olimpiya təsnifat turnirində və Dünya Kubokunda çıxış edəcək Azərbaycan avarçəkənləri müəyyənləşib
02.06.2008 - 15:11
Bakı. Elşən Məmmədov – APA-Sport. Azərbaycanın akademik avarçəkmə üzrə milli komandası iyunun 12-də Polşanın Poznan şəhərinə yola düşəcək. «APA-Sport» agentliyinin məlumatına görə, yığmamız tarixində ilk dəfə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirində və Dünya Kubokunun III mərhələsində çıxış edəcək. Baş məşqçi Samir Məmmədovun rəhbərliyi altında səfərə 4 idmançımız – Cavid Əfəndiyev, Fikrət Məmmədov, Kamal Məmmədov və Xəyal Zülfüqarov çıxacaq. İyunun 15-də start götürəcək Olimpiya təsnifat turnirində yalnız F.Məmmədov – K.Məmmədov dueti mübarizə aparacaq. Bu cütlük 2 nəfərlik sükanlı (qoşa avarlı) qayıqlarda qüvvəsini sınayacaq. Yarışın proqramına əsasən, həmyerlilərimiz mübarizəyə iyunun 16-da qoşulacaqlar. Ertəsi gün yarımfinal, iyunun 18-də isə final keçidləri olacaq. Pekin Olimpiadasına hər kateqoriyada ilk üçlüyə düşən avarçəkənlər lisenziya qazanacaqlar.
Daha sonra yığmamız elə Poznan şəhərində təşkil olunacaq Dünya Kubokunun III mərhələsinə qatılacaq. İyunun 20-də başlanacaq həmin yarışda isə bütün avarçəkənlərimizin iştirakı nəzərdə tutulub. Onlar bir, iki və dörd nəfərlik qayıqlarda çıxış edəcəklər. Turnir üç gün davam edəcək.

0
0