Azərbaycan basketbol yığması Avropa miqyaslı beynəlxalq turnirdə V yeri tutub
02.06.2008 - 15:31
Bakı. Elşən Məmmədov – APA-Sport. Azərbaycan Xüsusi Olimpiya Komitəsinin (AXOK) gənclərdən ibarət basketbol yığma komandası Türkiyənin Marmaris şəhərində başa çatan Avropa miqyaslı beynəlxalq turnirdə çıxış edib. Bu haqda «APA-Sport» agentliyinə AXOK-un prezidenti Şahin Əliyev məlumat verib. Onun sözlərinə görə, divizionlara bölünmək üçün keçirilən çempionatın ilkin təsnifat oyunlarında Estoniya və Polşa millilərinə qalib gələn Azərbaycan yığması Serbiyaya uduzub. Nəticədə millimiz final mərhələsinin oyunlarını II divizionda davam etdirib: «Halbuki, yığmamız final oyunlarını öz hazırlıq səviyyəsinə uyğun olaraq, III divizionda davam etdirməli idi. Təəssüf ki, divizion bölgüləri ilə məşğul olan komissiya üzvlərinin səhvi ucbatından yığmamız final oyunlarını daha güclü olan II divizionda keçirdi və nəticədə Yunanıstana 13:24, Özbəkistana 14:38 hesabı ilə uduzaraq, V yerlə kifayətləndi».
Qeyd edək ki, yarış 2010-cu ildə Polşanın paytaxtı Varşava şəhərində keçiriləcək Avropa Oyunlarına hazırlıq xarakteri daşıyıb.
Qeyd edək ki, yarış 2010-cu ildə Polşanın paytaxtı Varşava şəhərində keçiriləcək Avropa Oyunlarına hazırlıq xarakteri daşıyıb.
0
0