2016-cı il Olimpiadası uğrunda mübarizədə növbəti mərhələyə yüksələcək şəhərlərin adları sabah açıqlanacaq
03.06.2008 - 11:08
Afina. Elşən Məmmədov-APA-Sport. 2016-cı il Yay Olimpiya Oyunlarına iddiaçılar arasından növbəti mərhələyə yüksələcək şəhərlərin sayı sabah Bakı vaxtı ilə saat 21:30-da açıqlanacaq. “APA-Sport” agentliyinin məlumatına görə, Yunanıstanın paytaxtı Afinada öz işinə başlayacaq Beynəlxalq Olimpiya Komitəsinin (İOC) İcraiyyə Komitəsinin (İK) toplantısında həlledici mərhələyə vəsiqə qazanacaq şəhərlər müəyyənləşəcək. İOC İK-nın iclası “Sportaccord” beynəlxalq idman konvensiyasının iki gün davam edəcək konfransı çərçivəsində baş tutacaq. Konfransda iştirak etmək üçün Azərbaycan nümayəndə heyəti Yunanıstan paytaxtına yola düşüb. “Bakı-2016”nın Təşkilat Komitəsinin sədri, baş nazirin I müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi nümayəndə heyətində gənclər və idman naziri Azad Rəhimovla Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də yer alıb.
Qeyd edək ki, 2016-cı il Olimpiadasını təşkil etməyə Azərbaycanın paytaxtı Bakı ilə yanaşı, Çikaqo (ABŞ), Doha (Qətər), Madrid (İspaniya), Praqa (Çexiya), Rio-de-Janeyro (Braziliya) və Tokio (Yaponiya) şəhərləri də iddialıdır. Həlledici mərhələnin iştirakçıları müəyyənləşdikdən sonra İOC-un Qiymətləndirmə Komissiyası həmin şəhərlərə səfər edəcək. Qalib şəhər isə 2009-cu il oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək İOC-un Sessiyasında açıqlanacaq.

0
0