Türkiyənin sərbəst güləş yığması Bakıya gəlir
03.06.2008 - 11:26
Bakı. Elşən Məmmədov - APA-Sport. Azərbaycanın sərbəst güləş üzrə yığma komandası Rusiyanın Vladiqafqaz şəhərində keçirdiyi təlim-məşq toplantısını başa vuraraq, vətənə dönüb. Bu haqda «APA-Sport» agentliyinə Güləş Federasiyasının rəsmisi Mətləb Abdullayev məlumat verib. Onun sözlərinə görə, iki həftə davam edən hazırlıq prosesi Şimali Osetiya paytaxtındakı güləş bazasında baş tutub. Güləşçilərimizin bir neçə gün ərzində «Şüa» İdman Sağlamlıq Mərkəzində məşqlərini davam etdirəcəklər. Daha sonra yığmamız Şamaxı Olimpiya Kompleksinə təlim-məşq toplanışına yollanacaq. İyunun 8-də başlanacaq hazırlıq prosesində Türkiyə milli komandası da iştirak edəcək. Güləşçilərimiz iki həftə ərzində qonşu ölkə pəhləvanları ilə birgə 27-29 iyunda Bakıda keçiriləcək «Qızıl Qran-Pri» turnirinin finalına hazırlaşacaqlar.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0