Azərbaycan yığmasının baş məşqçisi Rusiya çempionatının görüşlərini izləyəcək
03.06.2008 - 11:49
Sankt-Peterburq. Elşən Məmmədov-APA-Sport. Azərbaycanın sərbəst güləş üzrə yığma komandasının baş məşqçisi Maqomedxan Aratsilov Rusiyanın Sankt-Peterburq şəhərinə yollanıb. “APA-Sport” agentliyinin məlumatına görə, dağıstanlı mütəxəssis səfərə köməkçisi Rövşən Umudovla birgə çıxıb. Millimizin məşqçiləri bu gün Sankt-Peterburqda start götürəcək sərbəst güləş üzrə Rusiya çempionatını izləyəcəklər. Üç gün davam edəcək yarışda onlar əsasən, pəhləvanlarımızın Pekin Yay Olimpiya Oyunlarında əsas rəqibi olan rusiyalı güləşçilərin çıxışlarına nəzər yetirəcək.
Qeyd edək ki, Pekin Olimpiadasında həm Rusiya, həm də Azərbaycan sərbəst güləş növündə tam heyətlə təmsil olunacaq.
Qeyd edək ki, Pekin Olimpiadasında həm Rusiya, həm də Azərbaycan sərbəst güləş növündə tam heyətlə təmsil olunacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0