Pekin Olimpiadasına yollanacaq Azərbaycanın qadın güləşçilərinin adları açıqlanıb
03.06.2008 - 12:19
Pekin Olimpiadasına yollanacaq Azərbaycanın qadın güləşçilərinin adları açıqlanıb
Bakı. Elşən Məmmədov – APA-Sport. Azərbaycanın qadın güləşi üzrə yığma komandasının 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında çıxış edəcək heyəti müəyyənləşib. Bu haqda «APA-Sport» agentliyinə millimizin baş məşqçisi Nazim Əlicanov məlumat verib. Onun sözlərinə görə, Pekin Olimpiadasına Mariya Stadnik (48 kq), Alyona Komarova (55 kq) və Olesya Zamula (63 kq) yollanacaq. Yarışın proqramına əsasən, M.Stadnik və A.Komarova avqustun 16-da döşək üzərinə çıxacaqlar. Ertəsi gün mübarizəyə O.Zamula qoşulacaq. Əəslində 55 kq çəkidə Yay Olimpiya Oyunlarına vəsiqəni Yuliya Radkeviç qazanıb. Lakin belaruslu legionerin səhhətində problem yarandığından, yığmaya yeni güləşçi cəlb olunub. Bu səbəbdən, Y.Radkeviçi ukraynalı A.Komarova əvəzləyib.
Qeyd edək ki, güləş növlərində Olimpiadaya lisenziya çəki dərəcəsinə verilir.
0