Nicat Şıxəlizadənin sambo yarışlarında iştirakına da qadağa qoyulub
04.06.2008 - 15:31
Bakı. Elşən Məmmədov-APA-Sport. Orqanizmində istifadəsi qadağan olunan dərman preparatı tapıldığı üçün Beynəlxalq Cüdo Federasiyası tərəfindən 4 il müddətinə diskvalifikasiya olunan Azərbaycan yığma komandasının üzvü Nicat Şıxəlizadənin sambo yarışlarında da iştirakına qadağa qoyulub. Azərbaycanın sambo millisinin baş məşqçisi Mübariz İbrahimovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, bu haqda ona iyunun 7-də Rusiyanın paytaxtı Moskvada start götürəcək Dünya Kubokunun mərhələ yarışının Təşkilat Komitəsindən məlumat verilib: “Biz Anatoli Xarlampiyevin xatirəsinə keçiriləcək Dünya Kubokunun mərhələ yarışına qatılacağımız heyətdə Nicat Şıxəlizadənin də adını göstərmişdik. Lakin turnirin Təşkilat Komitəsindən bizimlə telefon əlaqəsi yaradaraq, Nicatın yarışa buraxılmasının qeyri-mümkünlüyünü bildirdilər. Onlar Şıxəlizadənin 4 illik cəzasının təkcə cüdoya deyil, digər növlərə də şamil olunduğunu söylədilər. Bu səbəbdən Nicatın adını Moskvaya aparacağımız heyətdən çıxardıq və onu Nadir Məmmədli ilə əvəzlədik”. M.İbrahimov N.Şıxəlizadənin sambo yarışlarında iştirakına icazə verilməsi üçün iyunun 8-də Moskvada keçiriləcək Beynəlxalq Həvəskar Sambo Federasiyasının konqresində məsələ qaldıracaqlarını vurğulayıb.
Qeyd edək ki, iki gün davam edəcək Dünya Kubokuna İslam Qasımov, Elçin Mayılov (hər ikisi 57 kq), Nadir Məmmədli (82 kq) və Anar Əliyev (100 kq) aparılacaq.
Qeyd edək ki, iki gün davam edəcək Dünya Kubokuna İslam Qasımov, Elçin Mayılov (hər ikisi 57 kq), Nadir Məmmədli (82 kq) və Anar Əliyev (100 kq) aparılacaq.
0
0