Portuqaliyanın “Portu” klubu Çempionlar Liqasından kənarlaşdırılıb
04.06.2008 - 17:55
Bakı – APA-Sport. Portuqaliyanın “Portu” klubu 2008-2009-cu illər mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) iştirakçıları sırasından kənarlaşdırılıb. “APA-Sport” agentliyinin məlumatına görə, səbəb “Portu” rəhbərliyinin 2003-2004-cü illər mövsümündə ölkə çempionu adını qazanarkən, hakimlərin satın alınma üsulundan da yararlanması olub. Qərardan narazı qalan Portuqaliya klubu yaxın günlərdə UEFA Apellyasiya Komitəsinə şikayət etmək niyyətindədir.
Qeyd edək ki, bu mövsüm vaxtından əvvəl Portuqaliya çempionu tituluna sahib çıxan “Portu” ÇL-in qrup mərhələsinə birbaşa vəsiqə əldə etmişdi.
Qeyd edək ki, bu mövsüm vaxtından əvvəl Portuqaliya çempionu tituluna sahib çıxan “Portu” ÇL-in qrup mərhələsinə birbaşa vəsiqə əldə etmişdi.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0