2016-cı il Yay Olimpiya və Paralimpiya Oyunları Bakıda keçirilməyəcək
05.06.2008 - 10:25
Afina. Elşən Məmmədov - APA-Sport. 2016-cı il Yay Olimpiya və Paralimpiya Oyunları Bakıda keçirilməyəcək. “APA-Sport” agentliyinin məlumatına görə, bu haqda Yunanıstanın paytaxtı Afinada keçirilən Beynəlxalq Olimpiya Komitəsinin (İOC) İcraiyyə Komitəsinin (İK) iclasında qərar qəbul olunub. İOC-un prezidenti Jak Roqqe 2016-cı il Olimpiadası uğrunda mübarizədə ikinci mərhələyə Çikaqo (ABŞ), Tokio (Yaponiya), Rio-de-Janeyro (Braziliya) və Madrid (İspaniya) şəhərlərinin yüksəldiyini açıqlayıb. Azərbaycan paytaxtı ilə yanaşı, Praqa (Çexiya) və Doha (Qətər) şəhərləri də həlledici mərhələdə təmsil olunmayacaqlar. Qərarı şərh edən J.Roqqe bütün ərizələrin yüksək səviyyədə hazırlandığını bildirib. Növbəti mərhələyə yüksələnləri təbrik edən İOC prezidenti uğursuzluğa düçar olan şəhərlərin bu prosesdən faydalı nəticələr çıxaracağına ümidvar olduğunu vurğulayıb.
Qalib şəhərin adı 2009-cu il oktyabrın 2-də keçiriləcək İOC-un sessiyasında açıqlanacaq.
Qalib şəhərin adı 2009-cu il oktyabrın 2-də keçiriləcək İOC-un sessiyasında açıqlanacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0