Bakı şəhəri XXXI Yay Olimpiya və Paralimpiya Oyunlarının İşçi Qrupunun hesabatında sonuncu yeri tutub
05.06.2008 - 12:35
“APA-Sport” agentliyinin məlumatına görə, İşçi Qrup 7 iddiaçı şəhərin imkanlarını 11 meyar üzrə 10 ballıq şkala ilə dəyərləndirib.
Bakı şəhərinin hər bir kriteriya üzrə tutduğu yer və topladığı balla tanış olun:
1. Dövlət dəstəyi, hüquqi məsələlər və ictimai rəy - VI yer (minimum 5,7 bal – maksimum 7,4 bal). VII yeri Praqa (Çexiya) tutub.
2. Ümumi infrastruktur – VII yer (3,8 – 5,6 bal).
3. İdman obyektləri – VII yer (3,2 – 5,6 bal).
4. Olimpiya şəhərciyi – V yer (6,8 – 8,1 bal). Rio-de-Janeyro (Braziliya) VI, Praqa (Çexiya) VII yeri tutub.
5. Ətraf mühit, ekologiya – VII yer (4,2 – 6 bal).
6. Otellər – VII yer (2,6 – 4,8 bal).
7. Nəqliyyat konsepsiyası – IV yer (6 – 8,5 bal). Rio-de-Janeyro (Braziliya) V, Praqa (Çexiya) VI, Çikaqo (ABŞ) VII yeri tutub.
8. Təhlükəsizlik – Praqa (Çexiya) ilə birgə VI – VII yerləri bölüşdürüb (4,4 – 5,9 bal).
9. İdman tədbirləri təcrübəsi – VII yer (3,8 – 6,4 bal).
10. Maliyyə imkanları - Praqa (Çexiya) ilə birgə VI – VII yerləri bölüşdürüb (4,8 – 6,4 bal).
11. Ümumi layihə və miras – VII yer (3 – 5 bal).
Yekun:
1. Tokio (Yaponiya): 8–8,6 bal (orta hesabla – 8,3 bal)
2. Madrid (İspaniya): 7,8–8,4 bal (orta hesabla – 8,1 bal)
3. Çikaqo (ABŞ): 6,7-7,4 bal (orta hesabla – 7 bal)
4. Doha (Qətər): 6,5-7,4 bal (orta hesabla – 6,9 bal)
5. Rio-de-Janeyro (Braziliya): 6-6,8 bal (orta hesabla – 6,4 bal)
6. Praqa (Çexiya): 5-5,6 bal (orta hesabla – 5,3 bal)
7. Bakı (Azərbaycan): 3,9-4,8 bal (orta hesabla – 4,3 bal).
Həlledici mərhələyə orta hesabla minimum 6 bal toplayan şəhərlər vəsiqə qazanmalı idi. Bu baxımdan, İşçi Qrup Tokio (Yaponiya), Madrid (İspaniya), Çikaqo (ABŞ), Doha (Qətər) və Rio-de-Janeyro (Braziliya) şəhərlərinin 2016-cı il Olimpiadasını təşkil etməyə potensialının olduğuna dair rəy verib. Lakin həmin rəydə Dohanın Yay Olimpiya Oyunlarını keçirmək üçün təklif etdiyi 14 – 30 oktyabr tarixinin riskli olduğu vurğulanıb. Praqa (Çexiya) və Bakı (Azərbaycan) şəhərlərinin imkanlarının isə lazımi səviyyədə olmadığı açıqlanıb.
İOC İK isə ümumilikdə 111 səhifədən ibarət rəyə əsasən, Praqa və Bakı ilə yanaşı, Dohanı da iddiaçı şəhərlər siyahısından çıxarıb. Əvəzində həlledici mərhələyə Tokio, Madrid, Çikaqo, Doha və Rio-de-Janeyro yüksəlib. Qalib şəhərin adı 2 oktyabr 2009-cu ildə Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək İOC-un sessiyasında gizli səsvermə nəticəsində müəyyənləşəcək. Favorit kimi Çikaqonun adı çəkilir. Sonuncu dəfə ABŞ-da Yay Olimpiya Oyunları 1996-cı ildə Atlanta şəhərində təşkil olunub. Rio-de-Janeyronun da şansları pis deyil. Braziliya təmsilçisi qalib gələcəyi təqdirdə, Latın Amerikasında Olimpiada keçirəcək ilk şəhər olacaq. Tokio və Madrid isə hələlik autsayderlər kimi dəyərləndirilir. Belə ki, Yaponiyada Qış Olimpiya Oyunları cəmi 10 il öncə – Naqano şəhərində keçirilib. Madridə gəldikdə, 2008 və 2012-ci il Yay Olimpiya Oyunları Avropanın iki şəhəri Afina (Yunanıstan) və Londona (Böyük Britaniya) həvalə olunduğundan, “köhnə qitə”nin yenidən bu hüquqa yiyələnəcəyi ehtimalı çox azdır.

0
0