Azərbaycan kanoeçisi Valentin Demyanenko Dünya Kubokunun mərhələ yarışında finala yüksəlib
05.06.2008 - 16:21
Zeqed. Elşən Məmmədov - APA-Sport. Bu gün Macarıstanın Zeqed şəhərində kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Dünya Kubokunun I mərhələsinin startı verilib. “APA-Sport” agentliyinin məlumatına görə, 34 ölkənin qatıldığı yarışda ilk dəfə Azərbaycan idmançıları da mübarizə aparırlar. Günün ilk yarısında kayak və kanoeçilərimiz 200 metr məsafəyə yürüşün seçmə mərhələsində qüvvələrini sınayıblar. 1 nəfərlik qayıqlarda kanoeçilərimizdən Valentin Demyanenko bu məsafəni 41,018 saniyəyə qət edərək öz yarımqrupunda 8 idmançı arasında I yeri tutub. Digər yarımqrupda isə Aleksandr Kasatkin 43,343 saniyə nəticə ilə 8 idmançı arasında V olub. Yarışın reqlamentinə əsasən, V.Demyanenko birbaşa 9 idmançının mübarizə aparacağı finala vəsiqə qazanıb. A.Kasatkin isə sabah yarımfinal mərhələsində çıxış edəcək. O, iyunun 7-də keçiriləcək həlledici mərhələyə çıxmaq üçün ½ finalın 9 iştirakçısı arasında ilk “üçlüy”ə girməyi bacarmalıdır. Kayakçıların mübarizəsinə gəldikdə, Fikrət Zeynalov 200 metr məsafəni 43,785 saniyəyə qət edərək, öz yarımqrupunda 8 iştirakçı arasında V yeri tutub. Həmyerlimiz bu nəticə ilə sabah keçiriləcək yarımfinal mərhələsinə vəsiqə qazanıb. ½ finalda 9 iştirakçı arasında ilk “üçlüy”ə düşəcəyi halda, iyunun 7-də baş tutacaq finala çıxacaq.
2 nəfərlik kayak qayıqlarında isə Fikrət Zeynalov Elmar Məmmədovla birgə çıxış edib. Bu duet 41,158 saniyə nəticə ilə 7 iştirakçı arasında sonuncu yeri tutsa da, reqlamentə əsasən, yarımfinala vəsiqə qazanmağı bacarıb. Sabah keçiriləcək ½ final keçidində onlar 9 cütlük arasında ilk “üçlüy”ə düşəcəkləri halda finala vəsiqə qazanacaqlar.
Avarçəkənlərimiz eyni kateqoriyalı qayıqlarda bu axşam 500 metr məsafəni qət etmək uğrunda mübarizə aparacaqlar.

0
0