Kriştiano Ronaldo: “Avropa çempionu olmaq üçün gözəl şanslarımız var”
05.06.2008 - 17:05
Bakı – APA-Sport. Portuqaliya milli komandasının futbolçusu Kriştiano Ronaldo Avropa çempionatının qalibi ola biləcəyinə ümidvar olduğunu açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi iyunun 7-də start götürəcək qitə birinciliyinə yaxşı hazırlaşdığını bildirib: “Turnirin startını səbirsizliklə gözləyirəm. Yarışı qələbə ilə başa vuracağımıza ümidvaram. Bu il oyunumda ciddi artım olub. Komandamızı qələbəyə apara biləcəyimə inanıram. Portuqaliya çoxdan uğura doğru gedir. Amma bu dəfə qələbə qazanmaq üçün gözəl şanslarımız var”.
Qeyd edək ki, Portuqaliya yığması iyunun 7-də İsveçrə və Avstriyada start götürəcək qitə birinciliyində Türkiyə, İsveçrə və Çexiya ilə birgə A qrupunda yer alacaq.
Qeyd edək ki, Portuqaliya yığması iyunun 7-də İsveçrə və Avstriyada start götürəcək qitə birinciliyində Türkiyə, İsveçrə və Çexiya ilə birgə A qrupunda yer alacaq.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0