23 yaşadək qızlar arasında cüdo üzrə Azərbaycan çempionatı başa çatıb
05.06.2008 - 17:13
23 yaşadək qızlar arasında cüdo üzrə Azərbaycan çempionatı başa çatıb
Bakı. Aqşin Əliyev - APA-Sport. Bu gün Maştağa Olimpiya Kompleksində 23 yaşadək oğlan və qızlar arasında cüdo üzrə Azərbaycan çempionatı start götürüb. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən “APA-Sport” agentliyinə verilən məlumata görə, yarışda Bakının idman klubları və cəmiyyətlərinin, həmçinin rayon komandalarının ümumilikdə 300-ə yaxın idmançısı mübarizə aparır. Çempionatın ilk günündə qızların turnirində bütün qaliblər müəyyənləşib. Belə ki, Svetlana Məmmədova (48 kq, “Lokomotiv”, Bakı), Afaq Sultanova (52 kq, “Neftçi”, Bakı), Vəsilə Əlməmmədova (57 kq, “Gömrükçü”, Sumqayıt), Ruhiyyə Bayramova (63 kq, Samux), Rəqiyyə Qarayeva (70 kq, “Xəzər-Lənkəran”) və Tükəzban Camalova (78 kq, TİM, Gəncə) qızıl medallara sahib çıxıblar. Oğlanlardan isə yalnız 60 kq çəki dərəcəsində güləşənlər öz bacarıqlarını nümayiş etdiriblər. Bütün rəqiblərinə qalib gələn Sumqayıt Təhsil İdman Mərkəzinin təmsilçisi Samir Dadaşzadə fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Qalan iki gündə mübarizə oğlanlar arasında davam etdiriləcək. Sabah 66 və 73 kq, iyunun 7-də isə 81, 90, 100 və 100 kq-dan artıq çəkiyə malik cüdoçular tatami üzərinə çıxacaqlar.
0