Kifayət Qasımova Pekin Olimpiadasına Sloveniyada hazırlaşacaq
06.06.2008 - 10:08
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın qadın cüdoçuları Kifayət Qasımova və Gözəl Zutova növbəti səfərə hazırlaşırlar. “APA-Sport” agentliyinin məlumatına görə, adıçəkilən idmançılar təlim-məşq toplanışı keçmək üçün iyunun 12-də Sloveniyaya yollanacaqlar. Milli komandanın üzvləri Sloveniyada baş məşqçi İbadulla Şabanovun rəhbərliyi altında bir həftə hazırlıq keçəcəklər. Təlim-məşq toplanışı Pekin Yay Olimpiya Oyunlarında mübarizə aparacaq yeganə qadın cüdoçumuz K.Qasımova üçün daha çox əhəmiyyət daşıyacaq. Avropa çempionatının bürünc mükafatçısı olimpiadaya xüsusi proqramla hazırlaşacaq. Yığmamızın aparıcı üzvlərindən sayılan Ramilə Usubova səhhətindəki problemlər ucbatından səfərə aparılmayacaq. Hazırlıq prosesi yekunlaşdıqdan sonra K.Qasımova və G.Zutova vətənə qayıtmayaraq, birbaşa Rusiyanın Kislovodsk şəhərinə yollanacaqlar. İyunun 21-də Kislovodskda kişilərdən və qadınlardan ibarət yığmalarımız ümumi fiziki hazırlıq üzrə məşqlərə başlayacaqlar.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0