Azərbaycan yığması Avropa çempionatında 8-ci yeri tutub
06.06.2008 - 10:37
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri yığması İtaliyanın Turin şəhərində keçirilən XXIV Avropa çempionatını mükafatsız başa vurub. “APA-Sport” agentliyinin məlumatına görə, Vəfa Hüseynova, Anna Bitiyeva, Alina Tryopina, Anastasiya Prasolova və Valeriya Yeqayın formalaşdırdığı milli komandamız 5 iplə hərəkətlərdə 16,200 xalla 7-ci, 3 halqa/2 gürzlə proqramın ifasına görə 15,650 xalla 8-ci olub. Yekun nəticədə isə komandamız 31,850 xalla 8-ci yeri tutub. Avropa çempionu tituluna Rusiya (35,400 xal) sahib çıxıb. Belarus (34,725 xal) yığması gümüş, İtaliya (34,500 xal) bürünc medal qazanıb.
Qeyd edək ki, bu gün qadınların fərdi birinciliyində, Pekin Olimpiadasına lisenziya qazanan Aliyə Qarayeva və Dinarə Gimatova mübarizəyə qoşulacaq.
Qeyd edək ki, bu gün qadınların fərdi birinciliyində, Pekin Olimpiadasına lisenziya qazanan Aliyə Qarayeva və Dinarə Gimatova mübarizəyə qoşulacaq.
0
0