Azərbaycan kanoeçisi Valentin Demyanenko Dünya Kubokunun mərhələ yarışında daha bir uğur qazanıb
06.06.2008 - 10:51
Zeqed. Elşən Məmmədov - APA-Sport. Macarıstanın Zeqed şəhərində kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Dünya Kubokunun I mərhələsi davam edir. “APA-Sport” agentliyinin məlumatına görə, 34 ölkənin qatıldığı yarışda ilk dəfə mübarizə aparan Azərbaycan idmançıları 500 metr məsafəyə yürüşdə də qüvvələrini sınayıblar. Kanoeçimiz Valentin Demyanenko bu yarışda da uğurla çıxış edərək, seçmə mərhələnin qalibi olub. 1 nəfərlik qayıqda 7 iştirakçı arasında 1 dəqiqə 50 saniyə 618 mikrosaniyə (01:50.618) nəticə göstərən avarçəkənimiz I yeri tutduğu üçün reqlamentə əsasən, birbaşa finala vəsiqə qazanıb. Həlledici mərhələ sabah olacaq. Digər kanoeçimiz Aleksandr Kasatkin seçmə mərhələdə 8 iştirakçı arasında 02:01.109 dəqiqə nəticə ilə sonuncu yeri tutaraq, mübarizəni dayandırmalı olub. Kayakçıların yarışında 1 nəfərlik qayıqda qüvvəsini sınayan Fikrət Zeynalov seçmə mərhələdə 02:02.515 dəqiqə nəticə ilə 9 iştirakçı arasında sonuncu yeri tutaraq, yarımfinala çıxa bilməyib. İki nəfərlik qayıqlarda isə Fikrət Zeynalov – Elmar Məmmədov dueti seçmə mərhələdə 01:52.652 dəqiqə nəticə göstərərək, 7 iştirakçı arasında sonuncu olub. Lakin reqlamentə əsasən, bu cütlük bu gün keçiriləcək yarımfinala vəsiqə qazana bilib.
Qeyd edək ki, V.Demyanenko 200 metr məsafəyə yürüşdə də finala çixib. A.Kasatkin, F.Zeynalov, eləcə də F.Zeynalov – E.Məmmədov dueti isə yarımfinala vəsiqə qazanıblar. Onlar da finala çıxmaq üçün yarımfinalda öz yarımqruplarında ilk “üçlüy”ə düşməyi bacarmalıdırlar.
Qeyd edək ki, V.Demyanenko 200 metr məsafəyə yürüşdə də finala çixib. A.Kasatkin, F.Zeynalov, eləcə də F.Zeynalov – E.Məmmədov dueti isə yarımfinala vəsiqə qazanıblar. Onlar da finala çıxmaq üçün yarımfinalda öz yarımqruplarında ilk “üçlüy”ə düşməyi bacarmalıdırlar.
0
0