Azərbaycanın ən güclü ağırlıqqaldıranları Lənkərana yollanacaqlar
06.06.2008 - 11:00
Bakı. Aqşin Əliyev - APA-Sport. Ağır atletika üzrə Azərbaycan milli komandası Lənkəranda təlim-məşq toplanışı keçəcək. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən yığmanın baş məşqçisi Vahid Nəzərovun sözlərinə görə, hazırlıq prosesinin iyunun son ongünlüyündə keçirilməsi nəzərdə tutulub. Atletlər hazırda Milli Aviasiya Akademiyasının zalında gündə iki dəfə məşq edirlər. 13 idmançının iştirakı ilə keçən məşqlərdə əsas diqqət Pekin Olimpiadasına hazırlığa yönəldilib. V.Nəzərov bildirib ki, Yay Olimpiya Oyunlarına aparılacaq tam heyət iyunun 25-dək məlum olacaq: “Yığma üzvləri üçün axırıncı sınağı 22-25 iyun aralığında keçirəcəyik. Bu zaman fərqlənən atletlər olimpiadada iştirak hüququ qazanacaqlar. Ola bilsin ki, hansısa idmançı məşq edərkən normativi yerinə yetirib, əsas heyətdə yer alsın. Lənkərana tam heyət müəyyənləşdikdən sonra gedəcəyik. Çünki həmin vaxt məşq edənlərin sayı azalacaq, necə deyərlər, komanda bir qədər yüngülləşəcək”. Baş məşqçi təlim-məşq toplanışının iki həftə davam edəcəyini söyləyib.
Qeyd edək ki, olimpiadada ölkəmiz 5 atletlə təmsil olunacaq. Hələlik Nizami Paşayev və Əfqan Bayramovun Pekinə aparılacağı dəqiqləşib.
Qeyd edək ki, olimpiadada ölkəmiz 5 atletlə təmsil olunacaq. Hələlik Nizami Paşayev və Əfqan Bayramovun Pekinə aparılacağı dəqiqləşib.
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
- Azərbaycan İdman Akademiyası INTI Beynəlxalq Universiteti ilə memorandum imzalayıb
- ASA-nın rektoru: “Qazilərin bərpa prosesinə töhfə verən layihədir”
- Avstriyalı mütəxəssis: “Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirmək istəyirik”
- ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib
0
0