Pekin Yay Olimpiya Oyunlarında dopinq-testi müsbət nəticə verəcək idmançı 6 aydan çox cəzalansa, London Olimpiadasını da buraxacaq
06.06.2008 - 11:25
Bakı. Elşən Məmmədov - APA-Sport. Beynəlxalq Olimpiya Komitəsi istifadəsi qadağan olunmuş dərman preparatının qəbulu ilə bağlı yeni cəzalar tətbiq edib. «APA-Sport» agentliyinin məlumatına görə, iki Olimpiya Oyunları arasında götürülmüş dopinq-testin nəticəsi müsbət olan idmançının cəzası 6 aydan çox olarsa, o, növbəti Olimpiadada çıxış edə bilməyəcək. Bu qayda 2008-ci il iyulun 1-dən qüvvəyə minəcək. Qadağa Pekin Olimpiadasınadək olan dövrə şamil olunmayacaq. Qərarı şərh edən İOC rəsmisi Jizel Devis deyib: «2008-ci il Yay Olimpiya Oyunlarından başlayaraq, dopinq-testi müsbət nəticə verən idmançının cəzası 6 aydan çox olarsa, o, 2012-ci il London Olimpiadasında çıxış etməyəcək. Mövqeyimizi çox sadə formada izah edə bilərik. Verdiyimiz qərar dopinqlə mübarizə istiqamətində irəliyə doğru bir addımdır».
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0