Yan Koller Avropa çempionatında ən ucaboylu və ən ağır çəkili futbolçudur
06.06.2008 - 13:25
Bakı. Mehman Süleymanov - APA-Sport. Çexiya milli komandasının lideri Yan Koller sabah startı veriləcək XIII Avropa çempionatının iştirakçıları (AÇ) arasında üç göstəricidə fərqlənib. “APA-Sport” agentliyinin məlumatına görə, 35 yaşlı hücumçu qitə birinciliyinin ən ucaboylu (202 sm), ən ağır çəkili (103 kq), və yığmasında ən çox qol vuran (54) futbolçudur. Y.Koller təkbaşına AÇ-nin finalçıları arasında ən az qol vuran (48) Avstriya yığmasından çox fərqlənib. Final mərhələsində oynamaq imkanı qazanan futbolçular arasında ən yüngül çəkili Gökdəniz Karadənizlə (Türkiyə) Dmitri Torbinskidir (Rusiya). Rusiya Premyer Liqasında çıxış edən hər iki futbolçu 60 kq çəkiyə malikdir. Ən bəstəboy futbolçu Rumıniya yığmasının üzvü Florentin Petredir – 1,66 sm. Yığmalarda orta hesabla ən ağır çəkili İsveç (81,04 kq), ən ucaboylu Xorvatiyadır (1,84 sm). İspaniya həm ən yüngül çəkili (74,30 kq), həm də ən bəstəboy (1,79 sm) milli komandadır. Futbolçuların yaşı baxımından AÇ-nin təşkilatçıları Avstriya və İsveçrə fərqlənib. Belə ki, Avstriya yığmasının futbolçusu İvitsa Vastiçin 4 aydan sonra 39 yaşı tamam olacaq. Onun oğlu yerində olan İsveçrə millisinin üzvü Eren Derdiyok 20 yaşı tamam olmayan yeganə futbolçudur. Ən yaşlı baş məşqçi iki aydan sonra 70 illik yubileyi olacaq İspaniya yığmasının çalışdırıcısı Luis Araqonesdir. Onun Xorvatiya yığmasındakı həmkarı Slaven Biliç isə 40 yaşı tamam (39 yaş 8 ay 25 gün) olmayan yeganə baş məşqçidir. AÇ-nin finalında çıxış edən futbolçular ən çox “Lion” (Fransa) və “Panatinaikos” (Yunanıstan) klublarındandır – hərəyə 10 nəfər. Bu göstəricidə ön sıralarda olan “Qalatasaray” 8 futbolçu ilə təmsil olunub ki, onların 7-si Türkiyə yığmasının üzvləri Ayxan Akman, Arda Turan, Mehmet Topal, Səbri Sarıoğlu, Sərvət Çətin, Hakan Balta və Əmrə Güngür, 1-i isə Danimarka millisinin yarımmüdafiəçisi Tobias Linderotdur. Həlledici mərhələdə iştirakçıları ən çox Almaniya çempionatında (57) oynayan futbolçulardır. Bolqarıstan çempionatından isə cəmi bir oyunçu AÇ-də çıxış edəcək. Ən az legionerlə təmsil olunan Rusiyadır ki, bu yığmanın heyətində ölkədən kənarda çıxış edən cəmi bir futbolçu Almaniyanın “Nürnberq” klubunun yarımmüdafiəçisi Oleq Sayenkodur. Ən çox legioneri olan Çexiya yığmasıdır ki, 23 nəfərdən cəmi 3-cü daxili çempionatında, digərləri ölkə kənarında çıxış edirlər.
Açılış oyununu (İsveçrə - Çexiya) idarə edəcək Roberto Rosetti AÇ-nin final mərhələsinə təyinat alan hakimlər arasında (190 sm) ən ucaboylusudur.
Açılış oyununu (İsveçrə - Çexiya) idarə edəcək Roberto Rosetti AÇ-nin final mərhələsinə təyinat alan hakimlər arasında (190 sm) ən ucaboylusudur.
0
0