Avropa çempionatı təşkilatçılara 1,3 milyard avro qazandıracaq
07.06.2008 - 12:31
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Avropa çempionatının təşkilatçıları 1,3 milyard avro qazanacaq. “APA-Sport” agentliyinin məlumatına görə, bunu UEFA-nın baş katibi David Teylor açıqlayıb. Çempionat öncəsi təşkil olunan mətbuat konfransında çıxış edən qurum rəsmisi qazancın əsas 4 mənbəyinin olduğunu bildirib. Teleyayım (60%), kommersiya hüquqları (21%), turist proqramları (12%) və bilet satışından (7%) əldə olunan gəlir 4 il əvvəl qeydə alınan rəqəmi təxminən iki dəfə üstələyəcək. Portuqaliyada keçirilən qitə birinciliyi cəmi 854 milyon avro gəlir gətirmişdi. Qeyd edək ki, Avstriya və İsveçrədə keçirilən çempionatın baş tutması üçün 600 milyon avro xərclənib. Yerdə qalan vəsait UEFA-nın müxtəlif layihələrinin maliyyələşdirilməsinə sərf olunacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0