Serbiyalı tennisçi Ana İvanoviç “Rolan Qarros” turnirinin qalibi olub
08.06.2008 - 11:39
Paris. Mehman Süleymanov – APA-Sport. Fransada qadın tennisçilər arasında Böyük Dəbilqə yarışı çərçivəsində keçirilən “Rolan Qarros” turnirinə yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, finalda rusiyalı Dinara Safina ilə serbiyalı Ana İvanoviç görüşüb. Serbiyalı tennisçi rusiyalı həmkarını hər iki setdə üstələməyi bacarıb. 6:4 və 6:3 hesabı ilə qələbə qazanan A.İvanoviç “Rolan Qarros” turnirinin qalibi olub.
Kişi tennisçilərin final yarışı isə bu gün keçiriləcək. Finalda isveçrəli Rocer Federerlə ispan Rafael Nadal qarşılaşacaq.
Kişi tennisçilərin final yarışı isə bu gün keçiriləcək. Finalda isveçrəli Rocer Federerlə ispan Rafael Nadal qarşılaşacaq.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0