Azərbaycan gimnastları Avropa çempionatını medalsız başa vurublar
09.06.2008 - 09:40
Bakı. Kənan Həsənov - APA-Sport. İtaliyanın Turin şəhərində keçirilən bədii gimnastika üzrə XXIV Avropa çempionatına yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan idmançıları bu nüfuzlu yarışı medalsız başa vurublar. Qadınların çoxnövçülük və fərdi birinciliyində Pekin Olimpiadasına lisenziya qazanan Aliyə Qarayeva ilə Dinarə Gimatova fəxri kürsüyə yüksələ bilməyiblər. Vəfa Hüseynova, Anna Bitiyeva, Alina Tryopina, Anastasiya Prasolova və Valeriya Yeqaydan ibarət qrup hərəkətləri üzrə milli komandamız 5 ip və 3 halqa/2 gürzlə finala vəsiqə qazansalar da, ilk “üçlük”dən kənarda qalıblar. Avropa çempionatının ilk iki günündə isə Samirə Mustafayeva ilə Nigar Əbdüsəlimova yeniyetmələr arasında uğursuz çıxış ediblər.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0