Azərbaycan şahmatçısı Avropa çempionatında vahid liderdir
09.06.2008 - 12:09
Bakı. Kənan Həsənov - APA-Sport. Gürcüstanın Batumi şəhərində təşkil olunan 8 yaşadək oğlan və qız şahmatçılar arasında Avropa çempionatında IV turun oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, turnirə qatılan Azərbaycan şahmatçıları uğurlu çıxışlarını davam etdirirlər. Oğlanların birinciliyində hesabında 3,5 xal olan Çingiz Məhərrəmli üç liderdən biridir. Həmyerlimiz bu gün V tur çərçivəsində eyni göstəriciyə malik İrakli Axvlediani (Gürcüstan) ilə qarşılaşacaq. Hərəyə 3 xal toplayan Şəmşəd Axundovla Abdulla Qədimli isə bir-biri ilə oynayacaqlar. Qızların yarışında maksimum nəticə ilə vahid lider olan Günay Məmmədzadə Aleksa Kodruta Kopilunu (Rumıniya) sınağa çəkəcək. Hesabında 2,5 xal olan Xanım Balacayeva isə gürcüstanlı Məryəm Corcoliani ilə qarşılaşacaq.
Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən və 9 turdan ibarət olan yarış iyunun 14-də başa çatacaq.
Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən və 9 turdan ibarət olan yarış iyunun 14-də başa çatacaq.
0
0