Lukas Podolski: "Polşa yığmasına qol vurarkən, qarışıq hisslər keçirirdim"
09.06.2008 - 12:16
Lukas Podolski: "Polşa yığmasına qol vurarkən, qarışıq hisslər keçirirdim"
Klagenfurt. Elşən Məmmədov - APA-Sport. Almaniya yığma komandasının futbolçusu Lukas Podolski Avropa çempionatında Polşa millisinin qapısından iki qol keçirsə də, heç birinə sevinməyib. “APA-Sport” agentliyinin məlumatına görə, 24 yaşlı hücumçu buna səbəb kimi əslən polşalı olmasını göstərib: “Polşada doğulmuşam və həmin ölkədə böyük ailəm var. Bunlar mənim üçün çox vacib məqamlardır. Ona görə də polşalıların qapısına qol vurarkən, qarışıq hisslər keçirirdim”. L.Podolski B qrupundan növbəti mərhələyə çıxmaq üçün hələ mübarizə aparmalı olduqlarını vurğulayıb. O, Polşa üzərində qələbəni irəliyə doğru cəmi bir addım hesab edib: “İndi daha irəli getmək lazımdır, qüvvəmizi toplamaq üçün iki günümüz var. Sonra isə məşqlərə başlayacağıq. ¼ finala vəsiqə uğrunda mübarizə davam edir”.
0