Luis Araqones: “Rusiya ilə görüşdə qol vurmadan meydançanı tərk etməyəcəyik”
09.06.2008 - 14:34
Luis Araqones: “Rusiya ilə görüşdə qol vurmadan meydançanı tərk etməyəcəyik”
İnsbruk. Elşən Məmmədov - APA-Sport. 2008-ci il Avropa çempionatı çərçivəsində İspaniya milli komandası sabah Rusiya yığması ilə keçirəcəyi görüşdə meydançanı qol vurmadan tərk etməyəcək. “APA-Sport” agentliyinin məlumatına görə, bu haqda İspaniya yığmasının baş məşqçisi Luis Araqones bildirib. 69 yaşlı mütəxəssis fikrini David Vilya və Fernando Torresdən ibarət yüksək səviyyəli hücumçular duetinə malik olmaları ilə əsaslandırıb: “Bizim Vilya və Torres kimi sürətli, xeyli gözəl keyfiyyətlərə və qolçuluq qabiliyyətinə malik hücumçularımız var. Ona görə də oyunu heç bir qol vurmadan başa vurmaq komandamız üçün çox çətin olacaq”.
Qeyd edək ki, 26 yaşlı D.Vilya milli forma ilə çıxış etdiyi 31 matçda 14 top vurub. O, Avropa çempionatının seçmə qrup mərhələsində 7 dəfə fərqlənməklə, İspaniya yığmasının tarixi ərzində ən məhsuldar oyunçuya çevrilib. F.Torres isə 49 oyunda 15 qola imza atıb. D qrupunda yer alan İspaniya və Rusiya milliləri arasında görüş sabah Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
0