Azərbaycan güləşçiləri Dağıstandan 1 gümüş, 3 bürünc medalla qayıdırlar
09.06.2008 - 15:12
Bakı. Elşən Məmmədov - APA-Sport. Dağıstanda sərbəst güləş üzrə SSRİ çempionu Surroqat Asyatilovun şərəfinə beynəlxalq turnir keçirilib. Yarışda Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandası ikinci heyətlə təmsil olunub. Millimizin baş məşqçisi Firdovsi Umudovun «APA-Sport» agentliyinə verdiyi məlumata görə, komandamız turnirdən 1 gümüş, 3 bürünc medalla qayıdıb. Pəhləvanlarımızdan Mircəlal Həsənzadə (38 kq) yalnız finalda uduzaraq ikinci yeri tutub. Elçin Məmmədov (42 kq), Ümid Məmmədov (58 kq) və Kamran Yunusov (76 kq) üçüncü yerlə kifayətləniblər.
Qeyd edək ki, əsas yığmamız 24 - 29 iyunda Latviyanın Dauqavpils şəhərində keçiriləcək Avropa çempionatında çıxış edəcək.
Qeyd edək ki, əsas yığmamız 24 - 29 iyunda Latviyanın Dauqavpils şəhərində keçiriləcək Avropa çempionatında çıxış edəcək.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0