Berti Foqts: “Qorxmazın böyük potensialı var”
09.06.2008 - 18:06
Bern. Vüqar Xeyrullayev - APA-Sport. “Avstriyaya inamım əvvəlki kimi böyükdür”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Avstriya və İsveçrədə keçirilən Avropa çempionatını izləyən Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib. O, bildirib ki, Avstriya - Xorvatiya qarşılaşmasında meydan sahiblərinin oyununu bəyənib: “Avstriyalılar matçın əvvəlinə öz işlərini çətinə saldılar. İki il ərzində İsveçrə kimi yalnız yoldaşlıq görüşləri ilə kifayətlənmələri üzündən onlar yalnız ikinci hissədə oyunun ritmini tapdılar. Ümumilikdə, meydan sahibləri gözəl oyun sərgiliyə bildi. Artıq onların hər rəqiblə belə oynaya biləcəyini gözləmək olar. Bu da onları ümidləndirəcək. Avstriyalıların ustalığı məni tam razı saldı. Hətta Xorvatiyaya məğlubiyyətdən sonra da onları hesabdan silmək olmaz”. Gözəl oyunun heç də həmişə nəticə ilə uzlaşmadığını bildirən mütəxəssis 1954-cü ildə Almaniya yığmasının dünya çempionatının favoriti olan Macarıstanı 3:2 hesabı ilə məğlub etməsini xatırladıb. B.Foqts avstriyalı Ümid Qorxmazın ustalığından məmnun qaldığını etiraf edib: “Bu oğlanda böyük potensial var. Beləsini çoxdandır görməmişəm. Oyunun tempi ilə ayaqlaşması da ürəyimcədir. Avstriyanı üstələyən xorvatiyalılar isə qarşıdakı matçlarda tam qüvvə ilə oynamaqla rəqibləri üçün əsl təhlükəyə çevriləcək”.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0