Fransa yığmasının kapitanı Lilian Türam yeni rekord müəyyənləşdirib
10.06.2008 - 10:56
Bakı. Mehman Süleymanov - APA-Sport. Fransa yığmasının kapitanı Lilian Türam Rumıniya ilə oyunda iştirak etməklə, Avropa çempionatının final mərhələsində rekorda imza atıb. “APA-Sport” agentliyinin məlumatına görə, 36 yaşlı müdafiəçi qitə miqyaslı turnirin həlledici mərhələsində 15-ci oyuna çıxmaqla, bu göstəricidə hamını qabaqlayıb. İndiyədək Zinəddin Zidan (Fransa), Luis Fiqu (Portuqaliya) və Karel Poborski (Çexiya) 14 matçda meydana çıxıb. L.Fiqu ilə K.Poborski yığmada çıxışlarını başa vurduğu halda, Z.Zidan karyerasını bitirib. İndi L.Türamı qabaqlamağa ən real namizəd Hollandiya yığmasının kapitanı Edvin Van der Sardır. 38 yaşlı qapıçı İtaliya ilə görüşdə final mərhələsində 14-cü görüşünü keçirib. Eyni qrupda (C) yer alan Fransa ilə Hollandiya artıq növbəti turda bir-birinə rəqib olacağından, rekordçu kapitanlar meydanda görüşəcəklər.
Qeyd edək ki, L.Türam Fransanın Azərbaycan yığmasını AÇ-96-nin seçmə mərhələsi çərçivəsində 1995-ci ilin sentyabrın 6-da Oserdə 10:0 hesabı ilə məğlub etdikləri görüşdə də iştirak edib.
Qeyd edək ki, L.Türam Fransanın Azərbaycan yığmasını AÇ-96-nin seçmə mərhələsi çərçivəsində 1995-ci ilin sentyabrın 6-da Oserdə 10:0 hesabı ilə məğlub etdikləri görüşdə də iştirak edib.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0