Marko van Basten: “Biz tarixi qələbə qazandıq”
10.06.2008 - 12:03
Bern. Elşən Məmmədov – APA-Sport. “Çəkinmədən qürur hissi keçirdiyimi deyə bilərəm. Mən dünya çempionu üzərində qələbə və nümayiş etdirdiyimiz oyunla fəxr edirəm. Biz üç qol vurduq və son dəqiqəyədək dayanmadıq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Hollandiya milli komandasının baş məşqçisi Marko van Basten Avropa çempionatında İtaliyanı 3:0 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib. 44 yaşlı mütəxəssis dünya çempionları üzərində tarixi qələbə qazandıqlarını vurğulayıb: “Hər komandaya dünya çempionlarını yenmək nəsib olmur. Üstəlik, biz italiyalıları indiyədək heç vaxt 3 top fərqi ilə yenməmişdik. Aryen Robben və Rayan Babel kimi aparıcı futbolçularsız çıxış etsək də, meydanı başıuca tərk etməyi bacardıq. Komandamız belə davam edərsə, daha böyük uğurlara ümid bəsləyə bilərik. Biz arxayınlaşmırıq. Növbəti matçda Fransaya hətta minimal hesablı məğlubiyyət azarkeşlərimizin narazılığına səbəb ola bilər”. M.van Basten oyunçu kimi çıxış etdiyi vaxt Hollandiya yığmasının heyətində dörd dəfə uduzduğu İtaliya millisini baş məşqçi kimi ilk dəfə yenməklə irəliyə doğru cəmi bir addım atdıqlarını bildirib. Onun fikrincə, yeni eraya qədəm qoyduqlarını söyləmək hələ tezdir.
Öz növbəsində, hollandiyalı mütəxəssisin həmkarı və oyunçu kimi onunla İtaliyanın “Milan” klubunda birgə çıxış etmiş Roberto Donadoni ağır məğlubiyyətdən nəticə çıxarmalı olduqlarını söyləyib: “Biz fiziki cəhətdən yaxşı nəzərə çarpdıq və təhlükəli vəziyyətlər yaratdıq. Amma bu gün bizim günümüz deyildi. Fikrimcə, Hollandiya yığması gözlədiyimiz oyunu nümayiş etdirdi. Biz isə buraxdığımız səhvlərin acısını çəkdik. Hər şey pis başladı və daha ağır nəticələndi. Amma artıq bu, tarixdə qaldı. İndi rumıniyalılarla növbəti görüş haqda düşünmək lazımdır”. 45 yaşlı mütəxəssisi razı salan məqam isə C qrupunun digər matçında Fransanın Rumıniya ilə heç-heçə etməsi olub. Onun fikrincə, bu, İtaliya üçün də üstünlükdür.

0
0