Frants Bekkenbauer: “Lemann Avropa çempionatından sonra yığma ilə vidalaşmalıdır”
10.06.2008 - 14:11
Bakı. Elşən Məmmədov – APA-Sport. “Yens Lemann Avropa çempionatından sonra Almaniya yığmasındakı çıxışlarını başa vurmalıdır”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Almaniyanın ən məşhur futbol xadimlərindən olan Frants Bekkenbauer deyib. Onun fikrincə, Almaniya millisinin 38 yaşlı qapıçısı öz ampluasında gənc həmkarlarının yolunu açmaq üçün yığmadakı çıxışlarını başa vurmalıdır. F.Bekkenbauer bu baxımdan, Avstriya və İsveçrədə keçirilən Avropa çempionatının əla fürsət olduğunu vurğulayıb: “Qitə birinciliyindən sonra yığma karyerasını başa vurması və gənc futbolçulara yol açması istiqamətində Yenslə söhbət edəcəyəm”.
Qeyd edək ki, Y.Lemann qitə birinciliyində Polşa ilə görüşdə Almaniya millisinin heyətində yer alıb. Komandası 2:0 hesabı ilə qələbə qazandığı görüşdə o, bəzi səhvlərə yol verib.
Qeyd edək ki, Y.Lemann qitə birinciliyində Polşa ilə görüşdə Almaniya millisinin heyətində yer alıb. Komandası 2:0 hesabı ilə qələbə qazandığı görüşdə o, bəzi səhvlərə yol verib.
0
0