David Vilya Avropa çempionatlarının 8-ci het-trikini rəsmiləşdirib
11.06.2008 - 09:50
David Vilya Avropa çempionatlarının 8-ci het-trikini rəsmiləşdirib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. İspaniya milli komandasının hücumçusu David Vilya Avropa çempionatlarının tarixinə düşüb. “APA-Sport” agentliyinin məlumatına görə, ispaniyalı futbolçu qitə birinciliyinin final mərhələsində het-trikə imza atan 7-ci oyunçu olub. Avstriya və İsveçrədə keçirilən turnirin ilk turunda Rusiya üzərində qələbəyə (4:1) 3 qolla töhfə verən D.Vilya final mərhələlərinin 8-ci het-trikini rəsmiləşdirib. Yalnız UEFA-nın hazırkı prezidenti fransalı Mişel Platini iki matçda belə uğura nail olub. İndiyədək yalnız 4 yığma təmsilçiləri bunu bacarmışdısa, 27 yaşlı hücumçu ilk ispaniyalı kimi adını siyahıya yazdırıb.
Qeyd edək ki, son het-trik 8 il əvvəl keçirilən Hollandiya – Yuqoslaviya matçına təsadüf etmişdi.

il

futbolçu

komandası

rəqib

hesab

1976

Diter Müller

AFR

Yuqoslaviya

4:2

1980

Klaus Allofs

AFR

Hollandiya

3:2

1984

Mişel Platini

Fransa

Belçika

5:0

1984

Mişel Platini

Fransa

Yuqoslaviya

3:2

1988

Marko van Basten

Hollandiya

İngiltərə

3:1

2000

Serjio Konseysao

Portuqaliya

Almaniya

3:0

2000

Patrik Klüyvert

Hollandiya

Yuqoslaviya

6:1

2008

David Vilya

İspaniya

Rusiya

4:1

0