Fərid Mansurov reytinq cədvəlində 7-ci pillədə qərarlaşıb
11.06.2008 - 09:59
Fərid Mansurov reytinq cədvəlində 7-ci pillədə qərarlaşıb
Bakı. Kənan Həsənov - APA-Sport. Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) yeniyetmələrin yeni reytinq cədvəlini hazırlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan milli komandasının üzvləri 15 ən güclü dəri əlcək ustalarının siyahısında yer alıblar. 46 kq çəki dərəcəsində Salman Əlizadə 13-cü pillədə qərarlaşıb. 48 kq çəkidə Elvin Məmişzadə 4-cü, Elnur Zeynalov 7-ci yeri tutub. Sərxan Qurbanzadə (50 kq) 15-ci, Elçin Məmmədov (57 kq) 10-cu, Heybətulla Hacıəliyev (60 kq) 6-cı olub. 52 kq çəki dərəcəsində Elvin İsayev 2-ci, Rüfət Həsənov 14-cü, 54 kq çəkidə Elvin Əliyev 3-cü, Fərid Mansurov 7-ci, Tamerlan Abdullayev 14-cü, 66 kq-da Sarvan Əliyev 5-ci, Eldar Quliyev 6-cı, Emil Əhmədov 12-ci, 75 kq çəkidə isə Teymur Məmmədov 8-ci, Eldəniz Bəhramzadə 13-cü yerdədir. Boksçularımız arasında ən yüksək göstərici Nadir Quliyevə məxsusdur. Həmyerlimiz 70 kq çəki dərəcəsində siyahıya başçılıq edir. Bu çəkidə Murad Ağayev 7-ci pillədə qərarlaşıb. Milli komandamızın üzvlər 63, 80 və 86 kq çəki dərəcələrində təmsil olunmayıblar.
0