Otto Rehagel: “Başqa taktika qursaydıq, fasiləyədək beş qol buraxacaqdıq”
11.06.2008 - 13:33
Bakı. Mehman Süleymanov – APA-Sport. “Təəssüf ki, bəzi futbolçularımız gözlədiyim kimi yaxşı çıxış etmədilər. Onlar çox çalışsalar da, bu, meydanda kompakt halında hərəkət edən isveçlilərlə mübarizədə kifayət etmədi”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri son Avropa çempionu olan Yunanıstan yığmasının baş məşqçisi Otto Rehagel deyib. Arxa xətti təşkil edən dörd müdafiəçinin çıxışından narazı qalan almaniyalı mütəxəssisin sözlərinə görə, rəqib futbolçular fərdi keyfiyyətlərinə görə üstün olub: “İsveçlilərin əksər təkbətək mübarizlərdə bizi aşkar üstələdiyini etiraf etməliyik. Onlar sadəcə, sürətli, yarımmüdafiəçilərimiz isə həddən artıq ləng kombinasiyalı oyun qururdular. Başqa taktika qursaydıq, fasiləyədək beş qol buraxacaqdıq. Libero ilə oynadığımızdan ilk hissə 0:0 hesabı ilə başa çatdı və imkanlarımız da oldu. Rəqib qapısına yol tapmağa çalışsaq da, statistika az qol vurduğumuzu göstərir. Təəssüf ki, hücum potensialımız Almaniya yığması kimi güclü deyil”.
Avropa çempionları üzərində qələbəni (2:0) futbolçularının yaxşı oyunu ilə bağlayan İsveç yığmasının baş məşqçisi Lars Laqerbek çox güc sərf etdiklərini bildirib: “Yunanlara qarşı oynamaq elə də asan deyil. Bu da onların fiziki və texniki cəhətdən çox güclü olması ilə bağlıdır. Hər halda, start oyununda qələbənin vacib dolduğunu bilərək, istəyimizə nail olduq. Yunanlar standart vəziyyətlərdə təhlükəli olsalar da,
Yaxşı müdafiə olunurduq. Gözəl kombinasiyadan sonra qol vuran hücumçumuz Zlatan İbrahimoviçin zərbəsi sadəcə, möhtəşəm idi. Belə gözəl qolu görmək çox xoş idi. Komandamızın bütün üzvləri əla, ideala çox yaxın oyun nümayiş etdirdi. Bu qələbə ilə qrupdan çıxmağa şansımızı yüksəltsək də, hələ hər şey həll olunmayıb. Bizə 4 xal yığmaq lazımdır”.

0
0