Maqomedxan Aratsilov: “Dzambolat Tedeyevi rusiyalı pəhləvanların daim birinci olmaları bezdirib”
11.06.2008 - 14:43
- Azərbaycan milli komandası Rusiyanın Mahaçqala və Vladiqafqaz şəhərlərində təlim-məşq toplantısı keçib. Hazırlıq prosesindən razı qaldınızmı?
- Mahaçqaladakı hazırlıq prosesi istənilən səviyyədə alınmadı. Çünki toplanışın gedişində Əli İsayevlə birgə Polşanın Varşava şəhərində keçirilən 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirə yollanmışdım. Amma İsayevin hələ Avropa çempionatında gürcüstanlı David Modzmanaşvilinin diskvalifikasiyaya məruz qalmasına görə lisenziyaya sahib çıxdığını öyrəndikdən sonra geri qayıtmalı olduq. Hər halda, bu səfər bir neçə gün vaxt apardı. Sonra Əli Əliyevin xatirəsinə keçirilən beynəlxalq turnirə qatıldıq. Yarışda Pekin Olimpiadasına lisenziya qazanan güləşçilərimizdən yalnız Namiq Sevdimovu sınamaq qərarına gəldim. Demək olar ki, ikinci heyətlə çıxış etdiyimizdən, cəmi bir bürünc medal qazana bildik. Vladiqafqazda keçirdiyimiz toplanışdan isə xeyli razı qaldım. Rusiya çempionatına hazırlaşan osetiyalı güləşçilərlə birgə keçirdiyimiz məşqlər faydalı oldu. Ümid edirəm ki, bu toplanışın qarşıdakı yarışlarda bizə böyük köməyi dəyəcək.
- Sankt-Peterburq şəhərində keçirilən Rusiya çempionatını da izləmisiniz. Yarış haqda fikirlərinizi bilmək istərdik...
- Çempionat yüksək səviyyədə keçdi. Qaliblər isə 4 dağıstanlı – Camal Otarsultanov (55 kq), Mavlet Batirov (60 kq), Şirvani Muradov (96 kq) və Bəxtiyar Əhmədov (120 kq), 2 osetiyalı – İrbek Farniyevlə (66 kq) Georgi Ketoyev (84 kq), eləcə də krasnoyarsklı Buvaysar Saytiyev (74 kq) oldu. Bu idmançılar artıq müxtəlif nüfuzlu yarışlarda da güclü olduqlarını nümayiş etdiriblər. Qarşıdakı Yay Olimpiya Oyunlarında onların əksəriyyəti çıxış edəcək. Bu baxımdan, rusiyalı güləşçilərlə mübarizədə bizi çətin rəqabət gözləyir.
- Amma iyunun sonlarında Bakıda keçiriləcək “Qızıl Qran-Pri” turnirinin final mərhələsində Rusiya yığmasının əsas heyətlə təmsil olunmayacağı dəqiqləşib...
- Rusiyada güləşin səviyyəsi xeyli yüksəkdir. Bakıya gələcək qonşu ölkə pəhləvanlarından da ciddi müqavimət gözləmək olar. Həm də İran, Kuba, Türkiyə və Gürcüstan kimi ölkələrin sərbəst güləşçiləri də turnirə qatılacaqlar. Hesab edirəm ki, yığmamızın üzvləri üçün bu ölkələrin idmançıları ilə qarşılaşmalar asan alınmayacaq.
- Rusiya sərbəst güləş millisinin baş məşqçisi Dzambolat Tedeyev Azərbaycan yığmasını ciddi rəqib saymadığını söyləyib...
- Tedeyev cavan məşqçi olsa da, yetirmələri kifayət qədər uğurla çıxış edirlər. Təkcə ötən il Bakıda keçirilən dünya çempionatında 7 mümkün çəkidən 6-da qızıl medal qazanıblar. Fikrimcə, Tedeyevi rusiyalı pəhləvanların daim fəxri kürsünün ən yüksək pilləsinə çıxmaları bezdirib. Görünür, bu səbəbdən, belə açıqlamalar verir. Amma bizim də daim öz üzərində işləyən, inkişafda olan güləşçilərimiz var. Son Avropa çempionatındakı çıxışımız və bütün çəkilərdə Pekin Olimpiadasına lisenziya qazanmağımız dediklərimə sübutdur.
- Yeri gəlmişkən, qarşıdakı Yay Olimpiya Oyunlarına yollanacaq heyət müəyyənləşib?
- 7 mümkün çəkidən 6-da seçimim artıq çoxdan məlumdur. Yəni, Olimpiadaya lisenziya qazanan Zəlimxan Hüseynov (60 kq), Emin Əzizov (66 kq), Çamsulvara Çamsulvarayev (74 kq), Novruz Temrezov (84 kq), Xetaq Qazyumov (96 kq) və Əli İsayevin (120 kq) Pekinə yollanacaqları dəqiqdir. Yalnız 55 kq çəkidə hələ seçim etməmişəm. Bu da həmin çəkidə Olimpiya çempionumuzun olması ilə əlaqədardır. Bilirsiniz, Azərbaycan sərbəst güləşçiləri tarixən aşağı çəkilərdə uğurla çıxış ediblər. Elə sərbəst güləş növündə yeganə Olimpiya çempionu Namiq Abdullayevin məhz ən yüngül çəkidə çıxış etdiyini unutmayaq. 55 kq çəkidə Pekin Olimpiadasına lisenziyanı Namiq Sevdimov qazansa da, Namiq Abdullayevi birdəfəlik hesabdan silə bilmərik. 27 – 29 iyunda Bakıda “Qızıl Qran-Pri” turnirinin final mərhələsi keçiriləcək. Həmin yarışda həm Sevdimov, həm də Abdullayevin iştirakı mümkün olacaq. Seçimimdə onların “Qızıl Qran-Pri” turnirinin final mərhələsindəki çıxışları əsas rol oynayacaq. Həmçinin, mütəxəssislər və federasiya rəhbərliyi ilə də məsləhətləşəcəyəm. Daim aşağı çəkilərdə çıxış edən pəhləvanlarımıza daha çox ümid bəslədiyimizdən, seçimimizdə yanılmamalıyıq.
- Bəs Namiq Sevdimov və Namiq Abdullayev arasında görüş keçirməyi düşünmürsünüz?
- Xeyr, buna ehtiyac yoxdur. “Qızıl Qran-Pri” turnirinin final mərhələsi qaranlıq məsələlərə aydınlıq gətirəcək.

0
0