Azərbaycan çempionu maliyyə problemi ucbatından avrokuboklara qatılmaq istəmir
11.06.2008 - 15:04
Bakı. Kənan Həsənov - APA-Sport. Avropa Həndbol Federasiyası (EHF) 2008/09 avrokuboklar mövsümü üçün iştirak ərizələrinin qəbuluna başlayıb. “APA-Sport” agentliyinin Həndbol Federasiyasının rəsmisi İsgəndər Əsgərova istinadən verdiyi məlumata görə, hələlik iki Azərbaycan klubu bu yarışlarda iştirakını təsdiqləyib. Qadınlar arasında sonuncu Azərbaycan çempionu ABU kuboklar kubokuna qatılacaq. Çempionatın gümüş medalçısı “Qaradağ” klubu isə EHF kubokunda iştirak edəcək. Kişilərdən ibarət ölkə birinciliyinin son qalibi DİN klubunun avrokuboklara qatılması isə sual altındadır. Maliyyə imkanı məhdud olan və aparıcı həndbolçularını xarici klublara icarəyə verən DİN bu məsələ ilə bağlı yekun qərarını yaxın günlərdə açıqlayacaq.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək
0
0