Avropa çempionatının ilk turunda ən çox dəqiq ötürməni Uilyam Qallas verib
11.06.2008 - 18:16
Bakı. Elşən Məmmədov – APA-Sport. Avropa çempionatında çıxış edən qapıçılar arasında ən dəqiq ötürməni Rusiya yığmasının şərəfini qoruyan İqor Akinfeyev verib. “APA-Sport” agentliyinin məlumatına görə, bu, ilk turun statistik göstəricilərinə əsasən müəyyənləşib. İspaniya yığması ilə görüşdə qapısından 4 top buraxmasına baxmayaraq, 22 yaşlı qapıçının 18 ötürməsindən 16-sı, başqa sözlə, 89 faizi dəqiq olub. İ.Akinfeyev bu göstərici ilə Fransa millisindəki həmkarı Qreqori Kupeni (86 %) qabaqlayıb. İspaniya yığmasının qapıçısı İker Kasilyasın ötürmələrinin effektivlik göstəricisi isə 67 % təşkil edib. Sahə oyunçuları arasında Moskvanın MOİK komandasının qapıçısını cəmi 7 futbolçu – fransalı Uilyam Qallas (98 %), italiyalı Andrea Bartsalyi (97 %), polşalı Yatsek Bonk və Mariuş Levandovski, xorvatiyalı Robert Kovaç (hamısı 92 %), almaniyalı Per Mertezaker və italiyalı Kristian Panuççi (hər ikisi 91 %) qabaqlayır. Cinah yarımmüdafiəçisi M.Levandovski istisna olmaqla, adları çəkilən bütün oyunçular müdafiəçi mövqeyində çıxış edirlər. Komanda şəklində dəqiq ötürmələr üzrə göstəricilərdə ilk “dördlük”də Yunanıstan (80 %), İtaliya (80 %), İspaniya (79 %) və Rusiya (78 %) qərarlaşıb. Bu baxımdan, ən pis göstərici Xorvatiyaya (67 %) məxsusdur.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0