Vlastimil Petrjela: “Çexiya yığması mütləq pley-off mərhələsində oynayacaq”
12.06.2008 - 09:46
Vlastimil Petrjela: “Çexiya yığması mütləq pley-off mərhələsində oynayacaq”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Qarşılaşmanın 2:1 hesabı ilə nəticələnməsi daha ədalətli olardı. Fikrimcə, Portuqaliyaya məğlubiyyətə baxmayaraq, Çexiya mütləq pley-offda oynayacaq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Vlastimil Petrjela deyib. Çexiyalı mütəxəssis Avropa çempionatının ikinci turunda Portuqaliya yığmasının həmyerlilərindən üstün olduğunu bildirib: “Çexiya milli komandası o qədər də xoşuma gəlmədi. Daha çox Rusiya yığmasını xatırladan komandada dəqiq konsepsiya çatmırdı. İlk oyunla müqayisədə daha yaxşı oyun sərgilənməsi haqda fikirlə razıyam. Hücum xətti də yaxşı oynadı. Lakin portuqaliyalıların ön xətti daha güclü idi. Komandada yeni futbolçular çox olduğundan oyunçular arasında anlaşma da kifayət qədər deyil”. Rusiya mətbuatına müsahibəsində 55 yaşlı çexiyalı həmkarı Karel Brüknerdən razı qalıb. V.Petrjela onun qərarlarını düzgün sayır: “Brükner hər şeyi düz etdi. Hətta matçın sonunda oyunçulara, hətta müdafiəçilərə də irəli getmək tapşırığı da yerində verilmişdi. Mən də məşqçilik dövrümdə daim “irəli, irəli” komandasını verirdim. Yan Kollerin bu dəfə start heyətində oynamayacağını Çexiyada hamı bilirdi. Artıq 35 yaşı olduğundan əvvəlki ilə müqayisədə ləng hərəkət edir, başla istənilən oyunu göstərmir. Meydana çıxan oyunçulardan daha çox Peter Çexi bəyəndim. Dəfələrlə komandanı xilas edən qapıçı ilə yanaşı Zdenek Qriqera, Libor Syonko və Yaroslav Plasili də fərqləndirə bilərəm”.
0