Türkiyə - İsveçrə matçının ən yaxşı futbolçusu Arda Turan seçilib
12.06.2008 - 10:29
Bazel. Elşən Məmmədov – APA-Sport. Avropa çempionatında Türkiyə və İsveçrə milli komandaları arasında keçirilən oyunun ən yaxşı futbolçusu Arda Turan seçilib. “APA-Sport” agentliyinin məlumatına görə, 21 yaşlı sol cinah yarımmüdafiəçisi qitə birinciliyində debüt etdiyi görüşün qəhrəmanı olub. A.Turan hesab 1:1 ikən matçın əsas vaxtına əlavə olunmuş ikinci dəqiqədə komandasının qələbə topunu vurub. O, İsveçrə yığmasının cərimə meydançası yaxınlığından gözəl zərbə ilə topu Dieqo Benalyonun qoruduğu qapıdan keçirib. Bununla da “Qalatasaray”da çıxış edən futbolçu “ay-ulduzlular”a 2:1 hesablı qələbə qazandırmaqla yanaşı, təşkilatçı ölkə təmsilçisini ¼ final şanslarından məhrum edib.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0