Türkiyə milli komandası Avropa çempionatında ilk qələbəsini qazanıb - FOTOSESSİYA
12.06.2008 - 11:21
Türkiyə milli komandası Avropa çempionatında ilk qələbəsini qazanıb - FOTOSESSİYA
“APA-Sport” agentliyinin məlumatına görə, bu, A qrupunda ikinci turun oyunları başa çatdıqdan sonra məlum olub. Portuqaliya milli komandası qitə birincilikləri tarixində ilk dəfə Çexiya yığmasını məğlubiyyətə uğradıb – 3:1. Bu qələbə sayəsində xalların sayını 6-ya çatdıran Portuqaliya yığmasına növbəti mərhələyə vəsiqə qazanmaqda Türkiyə millisi yardımçı olub. “Ay-ulduzlular” prinsipial matçda İsveçrəni 2:1 hesabı ilə məğlub etməklə, Portuqaliyanın qrup lideri kimi ¼ finala vəsiqəsini rəsmiləşdiriblər. Belə ki, bu oyunda Türkiyə yox, İsveçrə qalib gəlsəydi, L.F.Skolarinin komandasının növbəti mərhələ ümidləri son tura qalacaqdı. Təşkilatçı ölkə təmsilçiləri ilk yarıda türk əsilli futbolçu Hakan Yakının vurduğu qolla hesabda önə keçiblər. Fasilədən sonra baş məşqçi Fatih Terimin əvəzləmələri sayəsində “ay-ulduzlular” oyunda dönüş yaradıblar. 46-cı dəqiqədə Tümər Mətinin əvəzinə oyuna daxil olan Semih Şəntürk bərabərlik qolunu vurub. Qələbə topuna isə qarşılaşmaya əlavə olunan ikinci dəqiqədə Arda Turan imza atıb. Bununla da Türkiyə millisi Portuqaliyanın növbəti mərhələyə vəsiqəsinə şərait yaratmaqla yanaşı, İsveçrəni qrupun autsayderi kimi ¼ finaldan kənarda qalmasını təmin edib. Qonşu ölkə təmsilçiləri həm də 2005-ci ilin noyabrında keçirilən pley-off matçları nəticəsində onları son dünya çempionatından kənarda qoyan İsveçrədən əvəz çıxıblar. Qrupda ikinci pillənin taleyi iyunun 15-də keçiriləcək Türkiyə – Çexiya matçında həll olunacaq.

Çexiya - Portuqaliya – 1:3
Libor Syonko, 17 - Deku Souza, 8, Kriştiano Ronaldo, 63, Rikardo Kuarejma, 90+1

İsveçrə – Türkiyə – 1:2
Hakan Yakın, 32 – Semih Şəntürk, 57, Arda Turan, 90+2

Turnir cədvəli

Komandalar

O

Q

H

M

T

X

Portuqaliya

2

2

0

0

5-1

6

Çexiya

2

1

0

1

2-3

3

Türkiyə

2

1

0

1

2-3

3

İsveçrə

2

0

0

2

1-3

0



15 iyun: İsveçrə – Portuqaliya, Türkiyə – Çexiya.











0