Türkiyə - Çexiya matçının hakimlərinin adları açıqlanıb
12.06.2008 - 14:57
Türkiyə - Çexiya matçının hakimlərinin adları açıqlanıb
Bakı. Elşən Məmmədov - APA-Sport. UEFA Avstriya və İsveçrədə davam edən Avropa çempionatında növbəti 6 oyuna hakimlərin təyinatlarını açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, təyinatlar 13 – 14 iyunda C və D qruplarında keçiriləcək II, 15 iyunda A qrupunda baş tutacaq III turun matçlarına şamil edilib. Türkiyə və Çexiya yığmaları arasında keçiriləcək oyunu isveçli referi Peter Fröydfeldtin başçılıq etdiyi hakimlər briqadasına həvalə olunub. P.Fröydfeldt artıq ilk turda C qrupunda yer alan Hollandiya - İtaliya görüşünü idarə edib. Hollandiya yığmasının 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada onun hesaba aldığı qollar arasında Ruud van Nistelroyun vurduğu top mübahisə predmetinə çevrilib. Matçın 26-cı dəqiqəsində baş verən həmin epizodda bir sıra mütəxəssislər R.van Nistelroyun oyundankənar vəziyyətdən fərqləndiyini iddia ediblər. Lakin UEFA qolun qaydalar çərçivəsində vurulduğunu açıqlayıb.

13 iyun

C qrupu
21:00 İtaliya – Rumıniya

Hakimlər: Tom Henninq Ovrebo, Geir Age Holen, Yan Petter Randen (hamısı Norveç), ehtiyat hakim: İvan Bebek (Xorvatiya)
23:45 Hollandiya – Fransa
Herbert Fandel, Karsten Kadax, Volker Vezel (hamısı Almaniya), ehtiyat hakim: Qrjeqorj Gilevski (Polşa)

14 iyun
D qrupu
21:00 İsveç – İspaniya

Hakimlər: Peter Vink, Adrian İnia, Hans Ten Huve (hamısı Hollandiya), ehtiyat hakim: Kreyq Tomson (Şotlandiya)
23:45 Yunanıstan – Rusiya
Hakimlər: Roberto Rosetti, Alessandro Qriselli, Paolo Kalkano (hamısı İtaliya), ehtiyat hakim: Oleqario Manuel Bartolo Benquerensa (Portuqaliya)

15 iyun
A qrupu
21:00 İsveçrə – Portuqaliya

Hakimlər: Konrad Plauts, Eqon Beröyter, Markus Mayr (hamısı Avstriya), ehtiyat hakim: İvan Bebek (Xorvatiya)
23:45 Türkiyə – Çexiya
Hakimlər: Peter Fröydfeldt, Stefan Vittberq, Henrik Andren (hamısı İsveç), ehtiyat hakim: Qrjeqorj Gilevski (Polşa)

Qeyd edək ki, UEFA əvvəlcə ilk 12 qarşılaşmaya təyinatları açıqlamışdı.
0