Azərbaycan Avropa kubokunda 25 atletlə təmsil olunacaq
12.06.2008 - 17:13
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan iyunun 19-da Slovakiyada start götürəcək Avropa kubokunun B divizionunda geniş tərkibdə təmsil olunacaq. Bu haqda “APA-Sport” agentliyinə Atletika Federasiyasının baş katibi Firat Hüseynov məlumat verib. Onun sözlərinə görə, bu nüfuzlu yarışda 25 atletin iştirakı nəzərdə tutulub. Milli komandamız Slovakiyaya 5 məşqçinin rəhbərliyi altında yollanacaq.
Qeyd edək ki, yığmamızın üzvləri hazırda Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışındadır.
Qeyd edək ki, yığmamızın üzvləri hazırda Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışındadır.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
0
0